“İCELAND” BRENDİ DONDURMA İSTEHSALI SAHƏSİNİN LİDERİDİR

25 İL DAVAM EDƏN YOLU - CAMAL LTD şirkəti bugün keyfiyyətli məhsulları ilə Azərbaycanın dondurma tələbatının böyük hissəsini ödəmək qabiliyyətindədir, CAMAL LTD yerli dondurma bazarının lideridir və onun “ICELAND” brendi isə ən nüfuzlu dondurma markasıdır!

Əlbəttə ki, qida sektorunun ən çox inkişaf etmiş rəqabətli bazarında – dondurma istehsalı sahəsində lider olmaq asan məsələ deyil. Bu halda “Camal” LTD bu rəqabətli bazarda lider olmağı necə bacarıb?

Bu suala cavab tapmaq üçün şirkətin olduqca səmərəli keçən, zəngin təcrübələri ilə yadda qalan 25 illik fəaliyyətinə qısaca nəzər salaq.

25 yaşlı “Camal” LTD-nin gördüyü işlərə nəzər saldıqda aydın görmək olur ki, əldə etdiyi nailiyyətlərlə kifayətlənməmə, sürətli inkişafa təkan verən yeniliklərin tətbiqində maraq göstərmə, müştəri məmnunluğunun hər bir zaman yüksək səviyyədə saxlanılmasını təmin etmə, bazarda hökmran mövqeyə yüksəldən əsas səbəblərdir. Bu gün şirkətin əsas hədəfi düzgün keyfiyyət və istehsal siyasətini davam etdirmək, alıcıların etimadını daha da artırmaq və Azərbaycan məhsulu olaraq İCELAND ticarət nişanlı dondurmaları dünya bazarında tanıtmaqdır.


1998
“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayıb Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilib.


2000
2000-ci ildə müəssisə ilk dəfə olaraq yerli dondurma məhsullarını qablaşdırmağa başlayıb və bənzərsiz dadı ilə yadda qalan “Bakinka” adlı ilk brendini satışa çıxarıb.


2002
2002-ci ildən etibarən müəssisədə Avropanın aparıcı markalarının avadanlıqlarının alınmasına və dondurma istehsalı üçün müasir texnologiyaların tətbiqinə başlandı.


2008
2008-ci ildə 10 illiyini qeyd edən şirkət artıq Avropa təcrübəsi və standartlarına cavab verən istehsal sahəsinə malik idi.


2012
2012-ci ildən müəssisədə istehsal sahəsində məhsulların sınağının həyata keçirilməsi üçün kimyəvi–mikrobioloji laboratoriya yaradılaraq AZS İSO/İEC 17025:2009 standartına uyğun akkreditasiya olunmuşdur.


2013
2013-cü ildən müəssisədə “İSO 22000-2005” beynəlxalq standartların tələblərinə əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq olub.


2015
2015-ci ildə “ICELAND” ticarət nişanı premium-klas seqmentində xarici dondurma bazarlarını fəth etmək üçün böyük potensiala malik "SEVGİ" brendi ilə öz dondurma kolleksiyasını gücləndirdi. Hal-hazırda şirkətin istehsal etdiyi məhsul çeşidlərinin sayı 100-dən artıqdır.


2019
2019-cu ildən böyük həcmli dondurma ixracı ilə beynəlxalq satış arenasına çıxan ilk yerli müəssisə olan “Camal” LTD hazırda Azərbaycanın dondurma sahəsi üzrə ən əsas ixracatçı şirkətlərindən biridir. Sevindirici haldır ki, daxili bazarda əhəmiyyətli yerə sahib olan “İCELAND” dondurmaları - Türkiyəni, Gürcüstanı, Fələstini, İraqı, Türkmənistanı, İsrail hətta uzaq Afrika ölkələrini belə fəth edə bilib.
2023-cü ildə ixrac coğrafiyamızı daha da genişləndirməyi hədəfləyiriq.


2023
Şirkət hazırda bir-birindən fərqli dadı, yüksək keyfiyyəti ilə seçilən, yalnız Azərbaycan bazarının deyil, xarici ölkələrin də dondurma sevərləri tərəfindən böyük zövqlə yeyilən 100-dən çox məhsul çeşidi təqdim edir.

“CAMAL” LTD ŞİRKƏTİNİN İNKİŞAF SİYASƏTİ

Şirkətimizin əsas məqsədlərindən biri daimi inkişafdır.

Ölkənin dondurma istehsalı sektorunda qazandığımız nüfuzu qoruyub saxlamaqdır.

Əsas hədəfimiz xalqımızı yüksək keyfiyyətli beynəlxalq standartlara cavab verən dondurma məhsulları ilə təmin etmək və Azərbaycan məhsulu olaraq “İceland” ticarət nişanlı dondurmaları dünya bazarına tanıtmaqdır.

İnkişaf meyarımız müştəri məmnuniyyətidir.

Peşəkarlıq.

Biz işimizdə məsuliyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif edirik!

Keyfiyyət.

Biz dondurma istehsalında keyfiyyətin göstəricisiyik!

Zəmanət.

Biz məhsullarımıza öz adımızla zəmanət veririk!

ƏLAQƏ FORMASI