MÜKAFATLAR
2009-2010-cu illərdə “İceland” ticarət nişanı “Brand Award Azerbaijan 2009”, “Brand Award Azerbaijan 2010” milli mükafatları ilə təltif olunmuşdur.
Şirkətimiz qida məhsullarının təhlükəsizliyi menecment sisteminin tətbiqinə görə ”UĞUR 2013” və dondurma istehsalı sahəsində dinamik inkişafına görə “UĞUR 2017” milli mükafatlarına layiq görülmüşdür.
2015-ci ildə “İceland” ticarət nişanlı dondurma məhsulları “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı” (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə “QIZIL” səviyyəli Qida Təhlükəsizliyi və 2017-ci ildə ”PLATİN” səviyyəli Qida Təhlükəsizliyi Nişanları ilə təltif olunmuşdur.
01 iyun 2021-ci ildə İCELAND markası keçirilmiş“Brand Award Azerbaijan” milli müsabiqəsində iştirak etməklə “Brand Award 2020”mükafatını qazandı.
23 iyul 2021-ci ildə “CAMAL” LTD şirkəti İCELAND markası “PLATIN-2021” səviyyəli nişana layiq görülmüşdür.