MÜASİR AVADANLIQ

Müasir texnoloji avadanlıqlar keyfiyyətli məhsul istehsalının təminatıdır. Bunu nəzərə alaraq “Camal” LTD şirkətində ən müasir tələblərə cavab verən İtaliya, Avstriya, Almaniya, Türkiyə, Ukrayna, Latviya və digər inkişaf etmiş ölkələrin avadanlıqları quraşdırılıb. “İceland” ticarət nişanı altında 100-dən artıq müxtəlif forma, dada malik keyfiyyətli və təhlükəsiz dondurma çeşidləri istehsal olunur.

Müəssisə istehsal sahəsinin planlaşdırılmasından tutmuş, hazır məhsulların saxlanması və yüklənməsinə qədər bütün son tendensiyalara və Avropa standartlarına cavab verir.

2018-ci ildən “Camal” LTD şirkətində Avstriyanın “HAAS” şirkətinə məxsus yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş və gigiyenik cəhətdən sertifikatlaşdırılmış vafli istehsalı sahəsi fəaliyyət göstərir. Müəssisədə istehsal olunan vafli stəkan dondurma çeşidi üçün vafli istehsalına olan tələbat tam şəkildə ödənilir.

ƏLAQƏ FORMASI