“CAMAL” LTD Şirkətinin ixrac missiyası
1998-ci ildən bəri ölkə üzrə yerli bazarda dondurma istehsalı ilə yanaşı, dünyada tanınmış dondurma brendləri və dondurulmuş qida məhsullarının distribusiyası ilə məşğul olan “Camal” LTD Şirkəti istehsal və satış sahələrindən qazandığı təcrübəni dünya bazarında da tətbiq etməyi özünə hədəf seçmişdir. Bu istiqamətdə Şirkətin əsas məqsədi İceland ticarət markalı məhsul ixracatının daha da genişləndirilməsidir. Bu baxımdan, müəssisəmizin mövcud istehsal gücü, texniki şərtləri və standartları, insan kapitalı və əsasən də məhsulların brend olması sözügedən istiqamət üzrə inkişaf etmək üçün əlverişli şərait yaradır.
Özünəməxsus dadı və yüksək keyfiyyəti ilə yerli bazarda seçilən İceland markalı dondurmaların “Made in Azerbaijan” ticarət nişanı altında eyni zamanda, xarici bazarlara da ixracı səmərəli şəkildə həyata keçirilir. Bu sahədə göstərilən bütün səylər və görülən işlər hər zaman öz müsbət nəticəsini verib və verməkdə davam edir. Belə ki, öz ənənəvi dondurma ləzzəti ilə Azərbaycandan kənarda Türkiyə, Gürcüstan, Fələstin, İraq, Türkmənistan, Suriya həmçinin Afrika qitəsindəki istehlakçıların da yüksək rəğbətini qazanmışdır.
Fəxrlə deyə bilərik ki, məhsullarımızın ixrac potensialının yüksəkliyi və digər xarici dondurma brendləri ilə rəqabət apara biləcək qüvvəyə sahib olması bizim qürurumuzdur.
“Camal” LTD beynəlxalq sərgilərdə və missiyalarda iştirakla İceland ticarət nişanının dünya bazarındakı mövqeyini davamlı olaraq gücləndirir.