XÜSUSİ SEÇİLMİŞ İNQREDİENTLƏR

Bu gün müəssisədə müasir standartlara cavab verən, rəqabətə davamlı məhsullar istehsal edilir. Keyfiyyətli və təhlükəsiz məhsul istehsalı ilk növbədə keyfiyyətli xammal alışından başlayır. İstehsal prosesində xüsusi diqqətlə seçilmiş yerli xammal məhsulları ilə yanaşı, dünyanın tanınmış xarici şirkətlərinin istehsalı olan xammal məhsullarından və ən yaxşı qida əlavələrindən istifadə olunur. Xammal məhsulları mütləq şəkildə fiziki-kimyəvi və mikrobioloji göstəricilərinə görə müasir avadanlıqla təchiz olunmuş laboratoriyada yoxlamadan keçirilir.

Hər il mövsüm əvvəlində laboratoriyamızda dondurma məhsulları üçün yeni resepturalar işlənib hazırlanır. Beləliklə, hər bir istehlakçının ağız dadına uyğun zəngin və bənzərsiz dada malik dondurmalar istehsal olunur.

ƏLAQƏ FORMASI