20 yanvar / 2024

20 Yanvar - Ümumxalq Hüzn Günü

1990-cı ilin 20 Yanvar günü müasir tariximizin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Dövlətimizin, xalqımızın azadlığını hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Yanvar faciəsi Ümumxalq Hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini, qəhrəmanlığını göstərdi.

Bu gün 20 Yanvar hadisəsinin 34-cü il dönümündə şəhidlərimizi qalib xalqın nümayəndələri kimi yad edirik!
 

ƏLAQƏ FORMASI