08 noyabr / 2022

2-Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ ZƏFƏR BAYRAMI İLƏ ƏLAQƏDAR GÖRÜŞ

2-Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ ZƏFƏR BAYRAMI İLƏ ƏLAQƏDAR GÖRÜŞ
 

"CAMAL" LTD şirkətinin İdarə heyəti və kollektivi 8 noyabr 2-ci Qarabağ müharibəsində Zəfər bayramı ilə əlaqədar Vətən müharibəsində iştirak edən şirkətinin əməkdaşları ilə görüş keçirdib.

Görüş zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş və xalqımızın qürur mənbəyinə çevrilmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsində iştirak edən şirkət əməkdaşları ilə görüş zamanı çıxış edən şirkət rəhbərliyi bildirib ki, "Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli komandanlığı altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük hünər göstərərək, doğma torpaqlarımızı qarış-qarış mənfur düşmənin caynağından qurtardı, dövlətimizin ərazi bütövlüyünü əbədi olaraq bərpa etdi, qəlbi 30 illik Vətən həsrəti ilə döyünən soydaşlarımızın intizarına son qoydu."

ICELAND rəhbərliyi tərəfindən Vətən Müharibəsi iştirakçılarına təşəkkürnamə və pul mükafatı təqdim olundu.

ƏLAQƏ FORMASI