
BONDUELLE
Müəssisəmizin əsas istiqamətlərindən biri qida sahəsində zəngin təcrübə qazanmış qabaqcıl şirkətlərlə əməkdaşlıq etməkdir.
2015-ci ildən “Camal” LTD şirkəti Fransanın “Bonduelle” şirkətinə məxsus dondurulmuş məhsulların idxalı üzrə rəsmi distribütorudur. 150 ildən artıq tarixi olan “Bonduelle” şirkəti 1853-cü ildə yaradılıb və məhsulları dünyanın 80-dən çox ölkəsində satılır.
“Bonduelle” şirkəti məhsullarının keyfiyyətinə önəm verir, eyni zamanda istehlakçılara faydalı və dadlı məhsullar təklif edir.