09 oktyabr / 2009

“CAMAL LTD” HEYDƏR ƏLİYEV ADINA İDMAN-SƏRGİ KOMPLEKSİNDƏ HƏYATA KEÇİRİLƏN “CASPİAN AGRO-2009” SƏRGİSİNDƏ İŞTİRAK ETMİŞDİR

Sərgidə kənd təsərrüfatı məhsulları, ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sahəsində ən yeni texniki nailiyyətlər təqdim edilmişdi. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası və s. öz təqdimatları ilə çıxış etmişlər.

Sərgidə xarici ölkələrin nümayəndələri və xarici şirkətlər, o cümlədən Litva istehsalı olan müxtəlif süd və ərzaq məhsulları çeşidini nümayiş etdirən Litvanın Ticarət Evi də iştirak etmişlər.

“Caspian Agro-2009” sərgisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası və Azpromo şirkəti tərəfindən təşkil edilmişdi.

Caspian Agro-2009

ƏLAQƏ FORMASI