“MADE İN AZERBAİJAN”

Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilatı işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin dizaynı, hazırlanması və quraşdırılması, məhsulların daşınması) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan fərman imzaladı. Bu fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.

“Camal” LTD şirkəti Beynəlxalq Qida Sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində dondurma məhsullarını nümayiş etdirir. Ənənəvi dondurma ləzzətinin Azərbaycan hüdudlarından kənarda təbliği ölkə xaricində yaşayan soydaşlarımız üçün sevindirici haldır.

“Made in Azerbaijan” brendinin təşviqi tədbirləri şirkətimiz üçün stimul rolunu oynadı. Dinamik inkişaf  edən “Camal” LTD şirkəti ixrac missiyası ilə ölkə iqtisadiyyatına daha çox xeyir vermək əzmindədir.

ƏLAQƏ FORMASI