07 sentyabr / 2022
“İCELAND” nişanlı dondurmaları “Platin Nişan 2022” dərəcəsinin tələblərinə tam uyğunluğu təsdiqlənmişdir
Fəxrlə demək istərdik ki, hər il olduğu kimi 2022-ci ildə də “İCELAND” nişanlı dondurmaları (100 çeşiddə) HACCP sisteminin tələblərinə əsasən qiymətləndirilmiş və Azərbaycan istehlakçıları üçün Qida Təhlükəsizliyi Nişanı (AİQTN)-nin “Platin Nişan 2022” dərəcəsinin tələblərinə tam uyğunluğu təsdiqlənmişdir.
Birlik sədri Eyyub Hüseynov bildirib ki, - “Yalnız “İCELAND” brendi bu nişana layiq görülmüşdür. Müəssisədə vaxtaşırı monitoriqlər aparırıq, qida təhlükəsizliyinin necə təmin olunduğunu daim izləyirik."