NƏZARƏT, AUDİT VƏ SERTİFİKASİYA

“Camal” LTD şirkətində məhsulların keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. 2012-ci ildən müəssisədə istehsal sahəsində məhsulların sınağının həyata keçirilməsi üçün kimyəvi–mikrobioloji laboratoriya yaradılaraq AZS İSO/İEC 17025:2009 standartına uyğun akkreditasiya olunmuşdur. Laboratoriya Almaniya və Yaponiya istehsalı olan yüksək texnologiyalı avadanlıqlarla təmin olunmuşdur. 2013-cü ildən müəssisədə “İSO 22000-2005” beynəlxalq standartların tələblərinə əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq olunur. “İceland” ticarət nişanlı dondurmaları Azərbaycan milli standartlaşma normativ sənədlərin bütün tələblərinə uyğun istehsal edilir.

Bu gün “Camal” LTD şirkəti istehlakçıların istək və tələblərinə uyğun, təhlükəsiz şəraitdə istehsal olunan dondurma məshullarını alıcılarına tam zəmanətlə təqdim edir. Dondurmanın keyfiyyətinə nəzarət prosesi istehsalın, daşınmanın və satışın bütün mərhələlərində fasiləsiz olaraq həyata keçirilir.

ƏLAQƏ FORMASI