ƏMƏKDAŞLIQ

B2B

B2B - qarşılıqlı mənfəət üzərində qurulan biznes əməkdaşlıq, müştərilərin tələbatına uyğun həcmdə və çeşiddə hazır məhsul, həmçinin xammalla vaxtında təmin edən peşəkar komandanın həyata keçirdiyi yüksək xidmət kompleksidir.

Fəaliyyət istiqamətlərimiz dondurma və dondurulmuş yarımfabrikatların istehsalı, idxalı və satışından (topdan və pərakəndə satış nöqtələri, şəbəkə marketlər, HoReCa -otel, restoran, kafe, keytrinq şirkətləri, regionlarda fəaliyyət göstərən filiallar və beynəlxalq əməkdaşlıqdan) ibarətdir. 

Müasir, iri tutumlu soyuducu anbarlarımız hazır məhsulun keyfiyyətli şəkildə saxlanılmasının və müştərilərin ən qısa zamanda məhsulla təminatının qarantıdır. Regionlarda fəaliyyət göstərən 5 filial (Şirvan, Quba, Gəncə, Yevlax, Göyçay) və 28 nümayəndəlik öz növbəsində bölgələri qısa zaman ərzində məhsulla təmin etməyə imkan yaradır.

Logistika - soyuducu ilə təchiz olunmuş avtomobillər məhsulun yüksək keyfiyyətdə ünvana çatdırılmasını təmin edir.

Təhlükəsizlik - dondurma, dondurulmuş məhsullar ilə (meyvə, tərəvəz, kartof-fri və yarımfabrikatlar) birlikdə qida təhlükəsizliyi sertifikatı və istehsalçı ölkələrin sertifikatları təqdim olunur.

Təqdim olunan yeni məhsullarımız reklam və marketinq dəstəyi ilə müşayiət olunur və müştərinin dövriyyəsinə görə brendləşdirilmiş soyuducu avadanlıqla təchiz edilir.

Loyal müştərilər üçün satış sistemində satış həcminə görə endirim faizləri həyata keçirilir. Müştərilərin istəyini nəzərə alaraq məhsulların qablaşdırması üzərində sifarişçinin loqotipi və məlumatları yerləşdirilə bilər (XTN). Stabil artan satış həcmi bizimlə əməkdaşlığın daha davamiyyətli olmasına və maksimal effektiv nəticə əldə etməsinə səbəb olur.

HoReCa

Biz çalışırıq ki, siz “İceland” dondurmalarını nəinki ən yaxın mağazalarda, həmçinin ziyarət etdiyiniz otel, restoran və kafelərdə də dada biləsiniz. HoReCa satış kanalı vasitəsi ilə satış təmsilçiləri tərəfindən hər zaman yeni istehsal tarixli və geniş çeşidli xüsusi məhsulların çatdırılması təmin edilir. Şirkətimiz tərəfindən təqdim olunan dondurulmuş tərəvəzlər ilin hər fəsilində sevdiyiniz yeməkləri hazırlamağa imkan yaradır. Xüsusi şoklama vasitəsi ilə dondurulmuş meyvə-tərəvəzlər tərkibində olan vitamin və xeyirli maddələri qoruyub saxlayır.

HoReCa sektoruna təklif olunan dondurmalardan həm porsion dondurma kimi, həm də desertlərin əsası və kokteyllər üçün istifadə olunur. Həmçinin beynəlxalq partnyorların nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müştərilər üçün seminar və master-klaslar keçirilir.

ƏLAQƏ FORMASI