05-09 fevral / 2018

"PRODEXPO 2018" BEYNƏLXALQ QİDA SƏRGİSİ

"Camal" LTD şirkəti 5-9 fevral tarixlərində Moskva şəhərində keçirilmiş “Prodexpo 2018” Beynəlxalq Qida Sərgisində “Made in Azerbaijan” adlı milli stendində çıxış etmişdir. Sərgidə "İceland" markasının 50-dən çox müxtəlif çeşiddə dondurma məhsulları sərgiləndi.

“Prodexpo 2018” Beynəlxalq Qida Sərgisində bu dəfə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olundu. Sərginin qeydiyyat zonasında ziyarətçilərə baş sponsor ölkə - Azərbaycan haqqında məlumat verildi.

Qeyd edək ki, "Prodexpo 2018" Beynəlxalq Qida Sərgisi regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri hesab olunur. Qida sərgisinin rəsmi internet saytında, bannerlərdə və sərgi ziyarətçilərinə təqdim olunan kataloqlarda Azərbaycan barədə məlumatlar yerləşdirildi.

ƏLAQƏ FORMASI