REKRUTER

Tələblər:

    • Tələb olunan vakansiya üzrə ən azı 5 il iş təcrübəsi olması.
    • Ali təhsil.
    • Rus dili bilməsi üstünlükdür.
    • Xanım namizədlər üstünlükdür. (Yaş həddi 30 – 45)

Vəzifə öhdəlikləri:

    • İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
    • Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
    • Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
    • Uğurlu namizədlərlə bağlı referansların alınması;
    • Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
    • İşə qəbul hesabatlarının hazırlanması;
    • İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
    • Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
    • Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak.

Digər:

    • 6 günlük iş qrafiki;
    • Nahar və korporativ nömrə ilə təmin edilmə;
    • Əmək haqqı 1000-1200 AZN

ƏLAQƏ MƏLUMATLARI:

Maraqlanan namizədlər öz CV-lərini iceland@iceland.az elektron poçt ünvanına göndərə bilərlər.

ƏLAQƏ FORMASI