08 aprel / 2024

Yeni Mövsüm - Yeni Dondurmalar!

Mövsümün yeniliyi olan LUNA dondurmasını sizə təqdim etməkdən məmnunuq! Bu mövsüm, dadı və orijinallığı ilə sizi sevindirəcək iki unikal məhsul hazırlamışıq!

Birinci məhsul - ikiqat qatlı eskimo dondurmasıdır. Bu ləzzət, qoz-şokolad və Panna-Kotta dondurmasını əlavə duzlu poplarla birləşdirir. Bu unikal şirin və duzlu birləşmə hər dişləkdə unudulmaz təcrübə yaradacaq.

İkinci məhsul isə LUNA dondurma kornetidir. Bu konus Panna-Kotta dadlı dondurma ilə doludur və şokoladla bəzədilib. Onun incə dadı və kremli teksturası isti yay günləri üçün mükəmməl bir ləzzət halına gətirir.

LUNA-dan mövsümün yeniliklərini sınayın və unikal dadlarımızla hər anın ləzzərini çıxarın! Tezliklə bütün mağazaların rəflərində.


Yeni Mövsüm - Yeni Dondurmalar!

ƏLAQƏ FORMASI