Əmək haqqı üzrə mühasib

TƏLƏBLƏR:

- Ali təhsil
- Yaş həddi: 25-45
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Hesabatların auditini bacarmalı
- Analitik düşünmə qabiliyyəti olmalı
- Azərbaycan və rus dili bilikləri
- Microsoft Ofis (Excel proqramı yüksək səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı

VƏZİFƏLƏR:

- İşçilərin aylıq əmək haqqlarını hesablamaq
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq

İŞ ŞƏRAİTİ:

- İş qrafiki: Həftənin 6 günü, bazar günü istirahət
- Əmək haqqı: 800-1000 AZN-dən başlayaraq
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

ƏLAQƏ MƏLUMATLARI:

İnsan resursları üzrə mütəxəssis – Elbrus Rəsulzadə
Tel: (012) 310 10 40 (daxili 227)
Mob: (+994) 55 500 32 09
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
E-mail: hr@iceland.az

 

ƏLAQƏ FORMASI