06 mart / 2022

“İCELAND” BRENDİ DONDURMA SAHƏSİNDƏ 2021-Cİ İLİN İXRACATÇISI NOMİNASİYASINA LAYIQ GÖRÜLDÜ

2022-cu il mart ayının 6-da “Buta Palace”da biznes sahəsində 2022-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirildi. Mərasimdə “İCELAND" brendi «Dondurma istehsalı sahəsində 2021-ci ilin ixracatçısı» nominasiyasına layiq görüldü.

Təqdimat mərasimində “Camal” LTD şirkətinin ixrac fəaliyyətini haqqında video çarx iştirakçıların diqqətinə çatdırıldı. Tədbirdə bir neçə ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, müxtəlif dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 200 nəfər iştirak edirdi.

Daha sonra şirkət adından mükafatı qəbul edən beynəlxalq əlaqələr və marketinq müdiri Camal Məmmədov ixrac sahəsində əldə olunmuş uğurlar və gələcək hədəflər barəsində danışdı.

"İCELAND" brendini bu mükafata layiq gördüyü üçün “Azeri Business Award” heyətinə təşəkkürlərimizi bildiririk.
 

ƏLAQƏ FORMASI