29 dekabr / 2019

YENİ İL 2020 TƏDBİRİ

29 dekabr tarixində “Camal” LTD şirkəti “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibətilə “OAZİS” restoranında korporativ tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan şirkətin direktoru Adil Məmmədov əməkdaşları təbrik etdi. Tədbir çərçivəsində əyləncəli müsabiqə keçirildi və qaliblərə hədiyyələr təqdim olundu.

Şirkətin əməkdaşları şən musiqi sədaları altında rəqs edib əyləndilər. Tədbirin sonunda tort kəsildi.

ƏLAQƏ FORMASI