01 iyun / 2014

İCELAND SEVİNCİ

“İceland” dondurmaları markası kimi tanınan “Camal Ltd”, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Dəcəl Balam MMC” nin təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibəti ilə “İceland sevinci” adlı konsert proqramı təşkil edib. Şou proqramlı, musiqili, əyləncəli uşaq şənliyini təşkil edən “İceland” ın məqsədi uşaqları sevindirmək və onlara xüsusi qayğı göstərməkdir.

Aparıcı Sevinc Xan Qızının təqdimatı ilə başlayan konsert müddətində keçirilən müxtəlif viktorinalar, kloun, müğənni, sehirbaz, hədiyyələr, personajlar, gitarist, şar şou və s. maraqla qarşılanıb. Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr və “İceland” dondurmaları paylanılıb.

Qeyd edək ki, “İceland” ticarət markası kimi tanınan, “Camal LTD” 1998-ci ildən alıcılar arasında böyük rəğbət qazanan və böyük tələbat duyulan məhsullar istehsal edir.

ƏLAQƏ FORMASI