30 iyun / 2012

“BAKCELL” ŞİRKƏTİNİN “CAMAL LTD” ŞİRKƏTİ İLƏ BİRGƏ AKSİYASI

Bir müddətdir şəhərin müxtəlif yerlərində üzərində "Bakcell" şirkətinin loqosu və adı olan dondurmalara rast gəlinir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta "Bakcell"in dondurma istehsalına başladığını iddia edənlər də var. Bu dondurmalar Bakcell şirkətin həyata keçirdiyi xüsusi kampaniyanın tərkib hissəsidir. Belə ki, Bakcell şirkəti Camal LTD şirkəti ilə birgə Bakıda və regionlarda gəncələrə yönəlik aksiya keçirir və kampaniya çərçivəsində yay fəsli ilə əlaqədar əhaliyə pulsuz dondurma paylanılır. Əyləncəli aksiyalar "121" reklam şirkəti tərəfindən həyata keçirilir.

ƏLAQƏ FORMASI