12 iyun / 2014

“CAMAL LTD” ŞİRKƏTİ “AZƏRBAYCAN İSTEHLAKÇILARININ QİDA TƏHLÜKƏSİZLİYİ NİŞANI” TƏRƏFİNDƏN “QIZIL” SƏVİYYƏLİ QİDA TƏHLÜKƏSİZLİYİ NİŞANI İLƏ TƏLTİF OLUNUB

Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanda istehsal olunan ərzaq mallarına Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) təqdim etməyə başlamışdır. 

“Camal Ltd” şirkəti “İceland” dondurmaları istehsalı müəssisəsi “Qızıl” səviyyəli nişana layiq görülmüşdür. Şrkətimizin əməkdaşları Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimetmə mərasimində iştirak etmişdir.  

İstehsal edilmiş “İceland” nişanlı dondurmaları (85 çeşiddə) HACCP sisteminin tələblərinə əsasən qiymətləndirilmiş və Azərbaycan istehlakçıları üçün Qida Təhlükəsizliyi Nişanı (AİQTN)-nin “Qızıl Nişan” dərəcəsinin tələblərinə tam uyğunluğu təsdiqlənmişdir. 

Birlik sədri Eyyub Hüseynov bildirib ki, bu nişanı almış mallar dünyanın 150 ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ olunacaq. AİB-in yeni təşəbbüsü biznes qurumları, dövlət orqanları, bütün istehlakçılar tərəfindən dəstəklənir. AİQTN  malların etiketində əks olunur. AİQTN-ə layiq görülmüş müəssisələrin daha uğurlu biznes nəticələrinə nail olacağı gözlənilir.

Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Qızıl Nişanı

ƏLAQƏ FORMASI