KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MENECER

TƏLƏBLƏR:

- Ali təhsil və müvafiq vakansiya üzrə qida sektorunda 2 ildən 5 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dili arzuolunandır;
- MS Office, xüsusəndə Excel proqramları üzrə yüksək səviyyədə biliklərə sahib olmalı;
- Problem və konfliktləri həll etmə bacarığı;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir;
- Yaş həddi 25-35 yaş arası;

VƏZİFƏLƏR:

- İSO 22000 üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi);
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun inspeksiya nəzarətində mütəmadi iştirak olunması;
- İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
- İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması və onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması. Normativ texniki sənədlərin tərtibi və təsdiqi;
- AQTA-ya təqdim olunan nümunələrin idarə olunması;
- İstehsalat məhsullarının standart sənədlərə uyğun markalanması. Xarici idxal məhsulların markalanmasının uyğunluğunun yoxlanılması və təsdiqi;
- Keyfiyyət İdarəetmə Sisteminin bütün sənədlərinin hazırlamasının təşkili;
- Sistemin tələblərinə istinadən Sistem prosedurlarının hazırlanması və Keyfiyyətə Nəzarət Prosedurlarının tətbiqinin təşkil edilməsi;
- İstifadə edilən xammalın keyfiyyətinin yoxlanması;
- İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət;
- Məhsulların keyfiyyəti barədə hesabatların rəhbrəliyə təqdim olunmması;

İŞ ŞƏRAİTİ:

- 6 günlük iş həftəsi, tam iş günü;
- 2 aylıq sınaq müddəti;
- Əmək haqqı başlanğıc 1000 -1200 manat.

ƏLAQƏ MƏLUMATLARI:

Kadrlar şöbəsinin meneceri
Aygün Səfərova 
Tel: (012) 310 10 40 (216)
Mob: (+994) 55 500 32 07 
E-mail: aygun.safarova@iceland.az

ƏLAQƏ FORMASI