29 mart / 2017

"FOODTESTING-SEMINAR" TƏDBİRİ

29.03.2017-ci il tarixində “Camal” LTD şirkəti tərəfindən təşkil olunmuş “McCain” şirkətinin məhsullarının tanıtımı məqsədilə "Foodtesting-Seminar" tədbiri uğurla baş tutdu. İlk öncə “Camal” LTD şirkətinin Marketinq şöbəsinin nümayəndəsi Dinara Talıbzadə qonaqlara şirkət haqqında qısa məlumat verdi. Daha sonra şirkətin direktoru Adil Məmmədov qarşıya qoyulan məqsədlərdən və gələcək planlardan bəhs etdi. “McCain” şirkətinin məhsulları haqqında şirkətin nümayəndəsi Boqdan Jiltsov məlumat verdi. Tədbir çərçivəsində “McCain” məhsullarının dequstasiyaya keçirildi.

Tədbirdə tanınmış restoran və otel şəbəkələrinin nümayəndələri -“Café City”, “Panorama”, “Hard Rock”, “Burc Qala”, “Sports Café”, “Street Food”, “Cafe Park”, “Excelcior Resort Hotel”, “Defne by Dalida”, “Turkish Food”, “Köfteci” və başqaları iştirak etdi. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

ƏLAQƏ FORMASI