23 fevral / 2019

"SEVGİ" DONDURMASI "İLİN MİLLİ BRENDİ" NOMİNASİYASINA LAYİQ GÖRÜLDÜ!

2019-cu il “Camal” LTD şirkəti “İCELAND” markası üçün mükafatla başladı. 2019-cu il fevral ayının 23-də “Buta Palace”da biznes sahəsində 2018-ci ilin yekunları üzrə “Azeri Business Award” Milli mükafatının təqdimetmə mərasimində "İCELAND" ticarət nişanı adı altında istehsal etdiyi "SEVGİ" dondurması "İLİN MİLLİ BRENDİ" nominasiyasına layiq görüldü!

Öz sektorunda novatorluq və yüksək keyfiyyətli məhsul istehsalı ənənəsinə sadiq qalan “İCELAND” ticarət markası bu dəfə  dondurma bazarında premium seqmentinin tələblərinə uyğun “SEVGİ” dondurmasını istehsal etdi. “SEVGİ” kolleksiyası haqqında aşağıdakı linkdən əldə edə bilərsiniz.

Təqdimat mərasimində “Camal” LTD şirkətinin fəaliyyətini əks etdirən video çarx iştirakçıların diqqətinə çatdırıldı.

Daha sonra şirkət adından mükafatı qəbul edən Camal Məmmədov əldə olunmuş uğurlar və gələcək hədəflər barəsində danışdı.

ƏLAQƏ FORMASI